SON XƏBƏRLƏR

İrana bağlı husi qruplaşma terror təşkilatı elan edildi

2024.05.24, 15:36
İrana bağlı husi qruplaşma terror təşkilatı elan edildi

Avstraliya hökuməti Yəmənin İrana bağlı husi silahlı qruplaşmasını (Ənsarullah) terror təşkilatları siyahısına saldı.

Gunaz.tv

Bu barədə Avstraliyanın Baş Prokurorluğu bəyanat yayıb.

"Yəmənin Ənsarullah hərəkatının Ədən körfəzi və ətraf ərazilərə şiddətli hücumları nəticəsində dinc sakinlər həlak olub, girov götürülüb, Ərəbistan yarımadası ətrafındakı sularda naviqasiya hüquq və azadlıqları ciddi şəkildə pozulub, dəniz təhlükəsizliyi və qlobal rifah zəifləyib",- prokurorluğun bəyanatında qeyd olunub.

Avstraliya hökuməti maliyyələşdirmə ilə bağlı bəyanatında İran hökumətinin husilərə dəstək verməsinə toxunub.

Bildirilib ki, Tehran husi hərəkatını silahlandırdığını dəfələrlə inkar etsə də, əhəmiyyətli dəlillər göstərir ki, İran bu qruplaşmaya bir başa logistika, informasiya, silah və maliyyə dəstəyi verir.

Yəmən hökuməti bildirir ki, husilər ölkəni müharibəyə sürükləduklərinə görə məsuliyyət daşıyırlar və qanunsuz slahlı qruplaşma İranın əmrlərini yerinə yetirmək üçün Yəmən xalqının mənafeyini ayaq altına alırlar.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının 2018-ci ilin iyul ayında verdiyi hesabatda husi qruplaşmasının İran istehsalı olan silahlara "oxşar xüsusiyyətlərə malik" ballistik raketlər və pilotsuz təyyarələrlə silahlandığı göstərilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar