SON XƏBƏRLƏR

Qəzvində etiraz aksiyası keçirilib

2024.05.29, 12:19
Qəzvində etiraz aksiyası keçirilib

Qəzvinlilər SEPAH-ın himayəsində olan "Xodro Təravət" avtomobil şirkətinin işçiləri ödənişləri qarşılığında uzun illərdir avtomobillərinin təhvil verməməsi səbəbindən etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu barədə yerli insan haqları fəalları məlumat yayıb.

Mayın 28-də məhkəmə binası qarşısına toplaşan narazı qəzvinlilər əyalət valiliyi binasına qədər yürüş edib, şüarlar səsləndiriblər.

Qəzvin əyalətinin valiliyi binasının qarşısına toplaşan narazı azərbaycanlılar hakimiyyəti minlərlə vətəndaşın pulunu mənimsəyən şirkəti dəstəkləməkdə günahlandırıblar.

Qeyd edək ki, adı çəkilən avtomobil şirkəti minlərlə qəzvinlinin pulunu alsa da, illərdir onların avtomobillərini təhvil verməkdən imtina edir.

Bundan əvvəl bir neçə dəfə oxşar aksiya keçirilsə də, qəzvinlilərin nə avtomobilləri,  nə də pulları qaytarılır. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar