SON XƏBƏRLƏR

Qeyri-fars adlarından istifadə ilə bağlı xəbərdarlıq - Qanuni ölçü götürüləcək

2024.05.31, 13:43
Qeyri-fars adlarından istifadə ilə bağlı xəbərdarlıq - Qanuni ölçü götürüləcək

İranın mədəniyyət və irşad naziri Məhəmməd Mehdi İsmaili növbəti dəfə qeyrri-fars adları ilə bağlı təhdid dolu xəbərdarlıq edib və xarici adlardan istifadə edənlərə qarşı qanuni tədbirlər görüləcəyini deyib.

Gunaz.tv

Bu barədə "Fars Dilini Mühafizəsi Şurası"nın toplantısında deyib.

Nazir, Əli Xaməneinin fars dilinin qorunması və inkişaf etdirilməsi ilə bağlı çıxışını xatırladıb, iş yerləri, ictimai yerlər və müəssisələrə fars dilində olmayan adlar qoyanlara qarşı ölçü götürüləcəyini söyləyib.

İsmaili, qeyri-fars sözlərdən istifadənin qanuna qarşı çıxmaq olduğunu iddia edib və qanunu pozanların prokurorluqlar tərəfindən məsuliyyətə cəlb olunmasını istəyib.

Qeyd edək ki, bundan əvvəl Mədəniyyət və İrşad nazirliyi iş yerləri, müəssisələr və ictimai yerlərə qeyri-fars adlardan istifadənin qadağan edilməsinə təkis edən qanunu təsdiq edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar