SON XƏBƏRLƏR

Urmuda sement zavodunun işçiləri etiraz aksiyası keçirir

2024.05.31, 14:14
Urmuda sement zavodunun işçiləri etiraz aksiyası keçirir

Qərbi Azərbaycan əyalətinin Urmu şəhərinin "Rəşkan" sement zavodunun sürücüləri işi dayandıraraq tətil elan ediblər.

Gunaz.tv

Narazı sürücülər bu barədə sosial media kanallarında məlumat yayıblar.

Azərbaycanlı sürücülər əmək haqlarının artırılmamasına, qanunla nəzərdə tutulan hüquqlarının təmin olunmamasına etiraz edirlər.

"Ölkədə bahalıq və inflyasiyanın artmasına baxmayaraq, bir neçə ildir əmək haqlarımızda heç bir artım edilməyib. Zavod rəhbərliyi və başqa əlaqədar dövlət qurumları heç bir artımın olmayacağını deyirlər. Bu, dolanışıq problemlərimizin artması ilə yanaşı, əməyimiz və şəxsiyyətimizə təhqirdir",- süeücülər paylaşımlarında yazıblar.

Onlar bildirblər ki, işi dayandırmalarına baxmayaraq, Əmək və Sosial Rifah Nazirliy və zavod rəhbərliyinin nümayəndələri onlarla görüşməkdən imtina ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar