SON XƏBƏRLƏR

Avropa Birliyi İranın müdafiə naziri və SEPAH komandirlərinə qarşı sanksiya tətbiq edib

2024.06.01, 09:26
Avropa Birliyi İranın müdafiə naziri və SEPAH komandirlərinə qarşı sanksiya tətbiq edib

Avropa Birliyi (AB) altı iranlı fiziki şəxsə və üç quruma məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Gunaz.tv

AB Şurası “Ukraynaya qarşı işğalçılıq müharibəsinə dəstək vermək məqsədilə Rusiyaya, Yaxın Şərq və Qırmızı dəniz regionunda sülhü pozan silahlı qruplara PUA və ya raketlərin təhvil verilməsində roluna görə altı fiziki şəxsə və üç quruma qarşı sanksiya tətbiq edib.

Sanksiyaya məruz qalan şəxslər arasında İranın müdafiə naziri Məhəmməd Rza Aştiani, İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" Qüvvələrinin komandanı İsmail Qaani, İran Aviasiya Sənayesi Təşkilatının rəhbəri Afşin Xaci Fərd, "Kavan Electronics Behrad" MMC-nin baş direktoru Mehdi Dehqani Məhəmmədabadi, İdarə Heyətinin sədri Hüseyn Ətafi Ərdakani və "Hatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandiri Qulam Əli Rəşid var.

Sanksiyaya məruz qalan qurumlar PUA-ların istehsalı üçün komponentlərin alınması və satışı ilə məşğul olan SEPAH Hərbi Dəniz Qüvvələri, SEPAH-ın "Hatəm əl-Ənbiya" Mərkəzi Qərargahı və "Kavan Electronics Behrad" MMC-dir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar