SON XƏBƏRLƏR

İbrahim Rəisiyə görə Gilanda 10 nəfər həbs edildi

2024.06.01, 11:46
İbrahim Rəisiyə görə Gilanda 10 nəfər həbs edildi

Gilan əyalətinin Amolş şəhərində İran Prezidenti İbrahim Rəisi və başqalarını daşıyan helikopterin mayın 19-da qəzaya uğraması ilə bağlı sosial mediada məlumatlar yayan 10 nəfər həbs edilib.

Gunaz.tv

Bu barədə Amolş şəhərinin polis idarəsi məlumat yayıb.

Saxlanılanlar "məlumatlar yaymaqla ictimai fikri çaşdırmaq və təşviş yaratmaq"da günahlandırılıblar.

Həbs edilənlərin doqquzunun kişi, birinin isə qadın olduğu, barələrində cinayət işi açılaraq məhkəmə orqanlarına təhvil verildikləri bildirilib.

Qeyd edək ki, mayın 19-da İbrahim Rəisi və başqalarının helikopter qəzasında həlak olmasından sonra yüzlərlə insan həbs edilib, çox sayda iş yerinin fəaliyyətinə qadağa qoyulub və sosial media kanalları bağlanıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar