SON XƏBƏRLƏR

Milli fəal Məhəmməd Əli Rzayinin işi İnqilab Məhkəməsinə göndərildi

2024.06.01, 12:45
Milli fəal Məhəmməd Əli Rzayinin işi İnqilab Məhkəməsinə göndərildi

Təbrizdə yaşayan milli fəal Məhəmmədəli Rzayinin (Məhəmməd Təbrizli) işi İnqilab Məhkəməsinə göndərilib.

Gunaz.tv

Bu barədə sosial mediada fəalı özü məlumat yayıb.

Məhəmməd Əli Rzayi, Hüseyn Amani, Əlirza Səbri, Cavad Əhmədzadə və Davud Şiri ilə birgə 2023-cü ilin may ayının 18-də təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Fəala qarşı "hökumət əleyhinə təbliğat" və "toplaşmaq və əlbir olmaq" ittihamları irəli sürülüb.

O və adı çəkilən başqa fəallar bir neçə gün dindirildikdən sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar