SON XƏBƏRLƏR

Təbrizin tarixi qəbristanlığı məhv edilir

2024.06.01, 15:25
Təbrizin tarixi qəbristanlığı məhv edilir

Təbrizin cənub şərqində yerləşən neçə min illik tarixi "Pinə şalvar" qəbristanlığı tamamilə məhv olmaq üzrədir.

Gunaz.tv

Qəbristanlıqda çox sayda tarixi şəxsiyyətin, o cümlədən Elxanlılar sülaləsinin ikinci xaqanı Sultan Uveysin məzarı var.

Özünəməxsus baş və sinə daşları ilə tanınan tarixi qəbristanlıq, İslamdan öncə, İslam dövrü və ondan sonrakı çağlarda bölgədə yaşayanların dəfn edildiyi yerdir.

Mədəni fəallar qəbristanlıqdakı məzarların bir çoxunda baş daşlarının fərqli şəklidə olmasına görə, hakimiyyətin tarixi abidənin məhv olmasında maraqlı olduğunu yazırlar.

"Buna görə də, tarixi qəbristanlığın qorunması və qeydiyyata alınması ilə bağlı edilən müraciətlər nəticəsiz qalıb",- deyə fəallar bildiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar