SON XƏBƏRLƏR

Təbrizli sənətçi Milad Cəlili həbs edildi

2024.06.05, 16:30
Təbrizli sənətçi Milad Cəlili həbs edildi

Təbrizli reper Milad Cəlili (Elşən) bu gün səhər saatlarında Təbriz həbsxanasına köçürülüb.

Gunaz.tv

O, bu barədə həbsxanaya getmədən əvvəl özünün sosial mediada hesabında məlumat yayıb.

Güneyli reper "dövlət quruluşu əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək"də günahlandırılıb.

Qeyd edək ki, təhlükəsizlik məmurları təbrizli sənətçini 28 noyabr 2023-cü ildə həbs ediblər.

O, uzun müddət dindirildikdən sonra 29 yanvar 2024-cü ildə girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Milad Cəlili (Elşən), güneyli milli-mədəni məhbuslarla bağlı oxuduğu və sosial mediada geniş yayılan "Biz susduqca..." adlı mahnısına görə cəzalandırılır.

Reper, mahnısında Güney Azərbaycanın müxtəlif bölgələrindən olan milli məhbusların adlarını sadalayır, hakimiyyətlə yanaşı milli-mədəni fəalların həbsinə biganə qalan azərbaycanlıları da qınayır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar