SON XƏBƏRLƏR

Həbsdə olan mədəni fəalın müalicəsinə icazə verilmir

2024.06.06, 12:16
Həbsdə olan mədəni fəalın müalicəsinə icazə verilmir

Hazırda Tehranın Evin həbsxanasında saxlanılan mədəni fəal və tanınmış sənətçi Mürtəza Pərvinin sağlamlıq durumu ağırlaşıb.

Gunaz.tv

Bu barədə Abbas Lisani adına fəaliyyət göstərən "Teleqram" kanalı məlumat yayıb.

Bildirilib ki, bir neçə xəstəlikdən əziyyət çəkən mədəni fəalın tibbi məzuniyyətə buraxılmasına və həbsxanadan qıraq xəstəxanada müalicə olunmasına icazə verilmir.

İnsan haqları fəallar bildirirlər ki, bu, Mürtəza Pərvinin saxta etiraflar verməkdən imtina etməsinə görədir və təhlükəsizlik qurumları ona təzyiq göstərməklə fəalın onların istədiyi ittihamları qəbul etməsinə çalışırlar.

Qeyd edək ki, fevralın 6-da Ərdəbildəki şəxsi mənzilində həbs edilən milli-mədəni fəal Mürtəza Pərvin fevralın 11-də Tehranın Evin həbsxanasının təcridxanasına köçürülüb.

M.Pərvin həbs edildikdən sonra mənzilində axtarış aparılıb, ona məxsus mobil telefon, noutbuk müsadirə edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar