SON XƏBƏRLƏR

İranda yeni xəstəlik yayıldı

2024.06.07, 11:39
İranda yeni xəstəlik yayıldı

İranın Fars əyalətində "Dengi qızdırması" adlı yeni xəstəlik növü aşkarlanıb və sürətlə yayılır.

Gunaz.tv

Bu barədə Şirazın Tibb Elmləri Universitetinin rektor müavini Əli Rzaiyan məlumat verib.

O, Səhiyyə Nazirliyini çox saylı fəsadlar törədən və ölümlə nəticələnən təhlükəli qızdırma xəstəliyinin qarşısının alınması üçün əməli tədbirlər görməyə çağırıb.

"Xəstəlik Aedes ağcaqanadının sancması nəticəsində yaranır, yoluxanlartda yüksək qızdırma, baş ağrısı, oynaqların sərtləşməsi, burun və diş ətindən yüngül qanaxma, aşağı təzyiq kimi simptomlar müşahidə olunur",- Rzaiyan bildirib.

Onun sözlərinə görə, həmin xəstəliyə yoluxan iki nəfər həyatını itirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar