SON XƏBƏRLƏR

Urmu gölünün qurudulmasına etiraz edən milli fəallar şallaq cəzasına məhkum edildi

2024.06.08, 09:45
Urmu gölünün qurudulmasına etiraz edən milli fəallar şallaq cəzasına məhkum edildi

Təbrizdən olan milli-mədəni fəallar Həmid Purvəli və Calal Dehqani şallaq və maddi cərimə cəzasına məhkum ediliblər.

Gunaz.tv

Bu barədə fəalların yaxınları məlumat verib.

Bildirilib ki, adı çəkilən fəallar barədə Təbriz şəhərinin İkinci Cinayət Məhkəməsinin 108-ci bölməsi qərar çıxarıb.

Calal Dehqani və Həmid Purvəliyə qarşı "qanunsuz aksiyalarda iştirak etməklə ictimai asayişi pozmaq" ittihamı irəli sürülüb.

Qeyd edək ki, milli fəallar bundan əvvəl 16 iyul 2022-ci ildə Təbrizdə Urmu gölünün qurudulmasına qarşı keçirilən aksiyada həbs ediliblər.

Təbriz həbsxanasına köçürülən Həmid Purvəli və Calal Dehqani 18 iyul tarixində girov qarşılığında məhkəməyə qədər müvəqqəti sərbəst buraxılıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar