SON XƏBƏRLƏR

Qaşqay fəal ağır girov qarşılığında müvəqqəti azad edilib

2024.06.11, 15:35
Qaşqay fəal ağır girov qarşılığında müvəqqəti azad edilib

İranda yaşayan qaşqay türklətrinin fəallarından olan Fazil Vəziri 1 milyard tümən girov qarşılığında müvəqqəti olaraq, məhkəməyə qədər sərbəst buraxılıb.

Gunaz.tv

Bu barədə qaşqayların media orqanı olan "Baydaq News" məlumat yayıb.

İranın təhlükəsizlik qüvvələri Vəzirini, 6 may 2024-cü ildə Şirazda həbs edərək təhlükəsizlik təcridxanasına aparıb, 5 gün dindirdikdən sonra Adilabad həbsxanasına köçürüblər.

O, "hakimiyyətə müxalif qruplara dəstək və əməkdaşlıqda, toplaşmaq və əlbir olmaqla ölkənin daxili və xarici təhlükəsizliyinə zərbə vurmaqda, ictimai rəyi çaşdırmaq məqsədilə yalan məlumat yaymaq"da günahlandırılıb.

Qeyd edək ki, İranın cənub və mərkəzi bölgələrində yaşayan Qaşqay türklərinin ortalama sayı 3 milyon nəfərddir.

İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar