SON XƏBƏRLƏR

İranda milyonlarla uşaq məcburi əməyə cəlb edilib

2024.06.12, 14:33
İranda milyonlarla uşaq məcburi əməyə cəlb edilib

İranda təhsilini tərk edən və məcburi əməyə cəlb olunan uşaqların sayı ilə bağlı yeni məlumatlar açıqlanıb.

Gunaz.tv

Bu barədə uşaq haqları müdafiə təşkilatları məlumat yayıb.

Bildirilib ki, İran hakimiyyəti həmin uşaqlarla bağlı dəqiq statistikanı açıqlamır və yayılan rəsmi məlumatlar həqiqəti əks etdirmir.

Onların dediyinə görə, hazırda İranda 3 milyon civarında məcburi əməyə cəlb olunan uşaq mövcuddur.

Onlardan 700 min nəfərinin əcnəbilər, xüsusilə əfqanistanlı qaçqınlar olduğu, 2 milyon 300 min uşağın isə iranlı olduğu bildirilir.

Bəzi hüquq müdafiə təşkilatları əfqanistanlı qaçqın uşaqların əksəriyyətinin İranda anadan olduqlarına görə, onların da eyni statistikaya aid edildiklərini söyləyirlər.

Hüquqşünas və "İskuda" İnsan Haqları Qrupunun uşaq hüquqları komitəsinin rəhbəri Rza Şəfaxah, uşaqların vəziyyəti ilə bağl əsas məsuliyyətin dövlətin üzərinə düşdüyünü deyib.

O, məcburi işə cəlb olunan uşaqların problemlərinin həlli və onların yaşlarına uyğun yaşamalarına şərayit yaradılmadığına görə hakimiyyəti tənqid edib.

Qeyd edək ki, bir sıra insan haqları təşkilatlarının hesabatına görə azyaşlı uşaqların əmək fəaliyyətinə cəlb olunması, onların istismar edilməsi mütəşəkkil qrupların əlindədir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar