SON XƏBƏRLƏR

Ərdəbillilər də prezident seçkilərini boykota çağırdılar

2024.06.13, 09:09
Ərdəbillilər də prezident seçkilərini boykota çağırdılar

Azərbaycan türk millətinin torpağının qorunub saxlanması və milli hüquqlarının reallaşması ilə nəticələnməyən seçkilərdə iştirak etmək əsarət zəncirlərini gücləndirən amildir.

Gunaz.tv

Bu sözlər ərdəbilli milli fəalların 28 iyunda İranda keçirilməsi planlaşdırılan növbədənkənar prezident seçkiləri ilə bağlı şəhərdə yaydıqları çağırış vərəqələrində yazılıb.

Milli fəallar etiraz vərəqələrində hakimiyyətin prezident seçkilərinə iştirak etməyəcəklərini bildirib, azərbaycanlıları da seçkiləri boykot etməyə çağırıblar.

“Biz yaxşı bilirik ki, sağlam, şəffaf və rəqabətli seçkilər vasitəsilə siyasi iştirak demokratik sistemin vacib alətlərindən biridir, ancaq onun yanında hüquq, fikir və ifadə, partiya və təşkilatların azadlığı, dinc aksiyaların və mətbuat azadlığı olmalıdır, eləcə də məhkəmələr müstəqil keçirilməlidir”- deyə vərəqələrdə yazılıb.

Milli fəallar İranda yaşayan etnik qrupların, xüsusən də Güney azərbaycanlıların hüquqlarının tanınmadığını və onlara hörmət edilmədiyini  vurğulayaraq, Tehran rejiminin seçki şousuna qatılmayacaqlarını bildiriblər.

"Azərbaycan xalqı tarix boyu Urmu, Maki, Sulduz, Xana, Soyuqbulaq, Qəzvin, Həmədan, Savə, Bicar, Qürvə, Sunqurdan Astara və Ənzəli şəhərlərinə kimi Qəhrəman Təbrizlə birgə heç bir zalm bayrağı altına girməyib və heç bir qeyri-legitim hakimiyyətin qurulmasının vasitəsinə çevrilmədiyini göstərmişdir. Azərbaycan xalqı bütün şəhər və kəndlərində ancaq öz müqəddəratını təyin etmək hüququnun,  azadlığının, ədalətinin və milli hökumətinin bərqərar olmasına xidmət edəcək seçkilərdə iştirak edəcək",- çağırış bəyanatında deyilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar