SON XƏBƏRLƏR

"Parisdə polis İran rejiminə müxalif təşkilatın mənzil-qərargahına hücum edib"-İddia

2024.06.13, 13:31
"Parisdə polis İran rejiminə müxalif təşkilatın mənzil-qərargahına hücum edib"-İddia

Fransa polisi paytaxt Parisdə İran hakimiyyətinə müxalif Xalq Mücahidləri Təşkilatının mənzil-qərargahına hücum edib.

Gunaz.tv

Bu barədə SEPAH-a bağlı “Tasnim” agentliyi məlumat yayıb.

Məlumatda təşkilatın lideri Məryəm Rəcəvinin səhhətində problem yarandığı və onun xəstəxanaya yerləşdirildiyi iddia olunub.

İran Xalq Mücahidləri Təşkilatı məsələ ilıə bağlı yaydığı bəyanatda yayılan məlumatın şayiə və Tehran rejiminin əsassız təbliğat kampaniyasının tərkib hissəsi olduğunu bildirib.

"Nə mənzil-qərargaha hücum olub və nədə xanım Məryəm Rəcəvi xəstəxanaya köçürülüb. Sadə ötən il mənzil-qərargaha edilən terror hücumunu araşdırmaq üçün iyunun 12-i axşam saatlarında Fransa polisi buraya gəlib və prosedura uyğun yeni araşdırmalar aparıb",- deyə təşkilatın bəyanatında deyilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar