SON XƏBƏRLƏR

Metyu Miller: İranın nüvə proqramının genişlənməsinə uyğun cavab verəcəyik

2024.06.14, 12:05
Metyu Miller: İranın nüvə proqramının genişlənməsinə uyğun cavab verəcəyik

Beynəlxalq Atom Enerjisi Agentliyinin Fərdoda yeni sentrifuqaların quraşdırılması ilə bağlı hesabatı göstərir ki, İslam Respublikası öz nüvə proqramını etibarlı sülh məqsədləri olmayan yollarla genişləndirmək istəyir və vəziyyət belə davam edərsə, Vaşinqton da buna uyğun reaksiya verəcək.

Gunaz.tv

Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O, Tehranın MAQATE müşahidəçiləri ilə əməkdaşlıq etmədiyi təqdirdə Vaşinqton və müttəfiqləri İrana təzyiqləri artırmağa hazır olduqlarını söyləyib.

“İran hökuməti bu proqramları həyata keçirsə, biz də buna uyğun cavab verəcəyik. İslam Respublikası gecikmədən qanuni öhdəliklərini tam yerinə yetirmək üçün Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməlidir”,- Miller xəbərdarlıq edib.

Qeyd edək ki, "Royters" avropalı diplomatlara istinadən bildirib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyinin Qəyummlar Şurasının ötən həftə ona qarşı çıxardığı qətnaməyə cavab olaraq Fərdo və Nətənz obyektlərində uranın zənginləşdirilməsi həcmini genişləndirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar