SON XƏBƏRLƏR

Sünni din xadimi sünnilərin prezidennt seçkilərinə buraxılmamasını tənqid etdi

2024.06.15, 11:06
Sünni din xadimi sünnilərin prezidennt seçkilərinə buraxılmamasını tənqid etdi

Qadınların və İslam dininin başqa təriqətlərindən olan İran vətəndaşlarının prezidentliyə namizədliklərinin qeydə alınmaması ölkə konstitusiyasının 115-ci maddəsinin pozulmasıdır.

Gunaz.tv

Bu sözləri İran sünnilərinin nüfuzli din xadimi, Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin Məkki məscidinin cümə imamı Moləvi Əbdülhəmid deyib.

“45 ildir başqa təriqətdən olan İran vətəndaşları bu siyasi kampaniyada namizədliklərini göstərə bilmir",- deyə din xadimi İran hakimiyyətinin bu qadağasının islam qaydalarına və beynəlxalq hüquqa zidd olduğunu söyləyib.

İran Konstitusiyasının 115-ci maddəsinə əsasən, “Prezident aşağıdakı meyarlara cavab verən dini və siyasi liderlər arasından seçilir: İranəsilli, iranlı, idarəçi və bacarıqlı, yaxşı reputasiyalı, etibarlı və dindar, imanlı və İran İslam Respublikasının əsasları və ölkənin rəsmi dininə inanan".

Konstitusiyanın 112-ci maddəsində göstərilib: “İranda rəsmi din İslam və On iki imamlı, Cəfəri (şiə) təriqətidir”.

Xatırladaq ki, İranda prezidentliyə namizədliyə 80 iddiaçı qeydə alınmışdı. Onlardan 12-si qadın idi. İyunun 9-da altı nəfərin namizədliyi elan edilib. Prezident seçkisi iyunun 28-də keçiriləcək.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar