SON XƏBƏRLƏR

Təbriz və Tufarqan kəndlərində su qıtlığı yaşanır

2024.06.15, 12:46
Təbriz və Tufarqan kəndlərində su qıtlığı yaşanır

Təbrizin yaxınlığında olan 16 kənd və Tufarqan şəhərinin (Azərşəhr) yaxınlığındakı 13 kənddə su yoxdur.

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan əyalətinin Su və Kanalizasiya Şirlətinin başçısı Məhəmməd Xani məlumat verib.

O, bundan əvvəlki çıxışlarında olduğu kimi yenə də problemin cari ildə həll olunacağı barədə vəd verib.

Qeyd edək ki, isti havaların başlaması ilə eyni vaxtda Təbrizlə yanaşı başqa bölgələrdə də su qıtlığı şiddətlənib.

Ümumilikdə hazırda Şərqi Azərbaycan əyalətinin 700 kəndində su çatışmazlığı yaşanır.

Təbriz Universitetinin Planlaşdırma və Ətraf Mühit Elmləri Fakültəsinin rəhbəri Behruz Sari bildirib ki, susuzluqdan Şərqi Azərbaycanın 360 kəndi tamamilə boşalıb. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar