SON XƏBƏRLƏR

İran da iki isveçli məhbusu azad edib

2024.06.16, 11:06
İran da iki isveçli məhbusu azad edib

İranda casusliq ittihamına görə həbsdə olan iki İsveç vətəndaşı Yuhan Flodrus və Səid Əzizi iyunun 15-də azad ediliblər və İsveçə qayıdıblar.

Gunaz.tv

Bunu İsveçin baş naziri Olaf Kristerson deyib.

Bundan əvvəl İsveç hökuməti adı çəkilən vətəndaşlarının saxta ittihamlarla həbs edildiyini bildirmiş, onların Tehran rejimi tərəfindən girov götürüldüyünü demişdi. 

Tehran və Stokholm arasında həyata keçirilən məhbus mübadiləsi və Həmid Nurinin sərbəst buraxılması iranlırepressiya qurbanları və hüquq müdafiəçilərinin etirazları ilə qarşılaşıb.

Onlar bunu "çirkli anlaşma" adlandırıb, bu hərəkətin İsveçin iddia etdiyi demokiya və insan hüquqlarına zərbə olduğunu bildiriblər.

Qeyd edək ki, bundan əvvəl İsveçdə ömürlük həbs cəzasına məhkum edilmi keçmiş iranlı prokuror kpməkçisi Həmid Nurinin sərbəst buraxıldığı barədə məlumat yayılıb.

H.Nuri 1988-ci ildə İran həbsxanalarında siyasi məhbusların kütləvi edamınlarının həyata keçirilməsində iştirak edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar