SON XƏBƏRLƏR

Prezident seçkilərinə görə Urmuda sünni din xadimləri girov götürülüb

2024.06.18, 14:14
Prezident seçkilərinə görə Urmuda sünni din xadimləri girov götürülüb

İranın təhlükəsizlik qüvvələri Xorasan Rəzəvi əyalətinin Xəvaf şəhərindən olan dörd sünni din xadimini Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində həbs ediblər.

Gunaz.tv

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məsələ ilə bağlı açıqlama verən tanınmış sünni din xadimi Molana Həbibulrəhman Mütəhhəri din xadimlərinin həbsinin seçkilərlə bağlı olduğunu deyib.

Onun sözlərinə görə, hakimiyyət din xadimlərini vətəndaşları prezident seçkilərində ştirak etməyə çağıracaqları təqdirdə sərbəst braxacağını bildirib.

Qeyd edək ki, Xorasan Rəzəvidən olan dörd sünni din xadimi iyunun 12-də İranın qərb əyalətlərinə səfər ediblər.

Onlar geri qayıdarkən Urmu şəhərində həbs edilib və naməlum yerə aparılıblar.

Həbs edilənlərin ittihamları və harada saxlanıldıqları barədə hər hansı açıqlama verilməyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar