SON XƏBƏRLƏR

Məhbus fəallar bəyanat yaydı

2024.06.18, 15:00
Məhbus fəallar bəyanat yaydı

Təbriz həbsxanasnda saxlanılan mlli fəallar bəyanat yayaraq Tehranın Evin həbsxanasında aclıq aksiyası keçirən azərbaycanlı məhbuslara qarşı təzyiqləri pisləyiblər.

Gunaz.tv

Bu barədə yerli insan haqları təşkilatları məlumat yayıb.

Kərim İsmayılzadə, Milad Cəlili (Elşən) və Salar Tahir Əfşarın yaydığı bəyanatda məhkəmə və təhlükəsizlik orqanlarının təzyiqlərinə etiraz olaraq Tehranın Evin həbsxanasında aclq aksiyası keçirən fəalların təkadamlıq kameralara salınmalarını pisləyiblər.

Təbriz həbsxanasındakı fəallar onların istəyinin yerinə yetirilməsini, barələrində irəli sürülən ittihamlarla bağlı məhkəmə iclaslarının açıq keçirilməsini tələb ediblər.

Qeyd edək ki, 4 aydan çoxdur Evin həbsxanasında saxlanılan 4 mili məhbus, qeyri-müəyyən şərayitdə saxlanılmalarına, Təhlükəsizlik Nazirliyinin əməkdaşları və məhkəmənin qanunsuz əməllərinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirirlər.

Onlara dəstək məqsədilə Təbriz həbsxanasında saxlanılan Kərim İsmayılzadə və Salar tahir Əfşar da aclıq aksiyasına əl atıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar