SON XƏBƏRLƏR

Güney Azərbaycan Milli Dövlətçilik Şurası İranda prezident seçkiləri ilə bağlı bəyanat yaydı

2024.06.21, 13:20
Güney Azərbaycan Milli Dövlətçilik Şurası İranda prezident seçkiləri ilə bağlı bəyanat yaydı

Güney Azərbaycan Milli Dövlətçilik Şurası iyunun 28-də İranda keçirilməsi planlaşdırılan 14-cü dövr prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

Gunaz.tv

Bəyanatda deyilir:

""İran " adlanan ölkədə İbrahim Rəisinin helikopter qəzası sonucu ölümünün ardınca növbədənkənar prezident seçkiləri qərarlaşdırılmışdır.

"İran"da keçirilən ən son seçki nümayişinə əhalinin mütləq etinasızlığı açıqca göstərdi ki, artıq, bu ölkədə seçki yolu ilə hər hansı bir dəyişikliyin gerçəkləşəcəyinə kimsənin inancı qalmamışdır. Digər tərəfdən Güney Azərbaycan xalqının, həmin seçkiləri, birmənalı olaraq,  boykot etməsi, başqa bir gerçəkliyi də dünya ictimaiyyətinin gözü önünə sərdi. O da, məhz ondan ibarət idi ki, artıq Güney Azərbaycan İran mərkəzli, fars meyvəli hər hansı bir prosesin içində yer almaq istəmir və öz müqəddəratını farsın və ya başqasının deyil, özünün dövlətçiliyi çərçivəsində təyin etmək niyyətindədir. Bu isə, fars şovinizmi və onun hakim nümayəndəsi-İran işğal rejimini yeni tədbirlər görməyə sövq etdirmişdir.

"İran" adlanan dövlətin, bu tədbirlərini, əsasən , Güney Azərbaycan üzərindən gerçəkləşdirməyə çalışması və artıq köhnəlmiş olan hiləgərlikləri ilə xalqımızı fars mərkəzli "İran" oyunlarına çəkmək istəməsi, açıqca göstərir ki, xalqımızın  seçki nümayişini boykot edərək verdiyi məsaji anlamış və ciddi bir biçimdə qorxuya düşmüşdür.

Güney Azərbaycan Milli Dövlətçilik Şurası olaraq, əminliklə ifadə etmək istəyirik ki, Güney Azərbaycan xalqı və  Milli Hərəkatımızın dəyərli nümayəndələri   seçki manevrlərinin mahiyyətini bütün dərinliyi ilə dərk edir və fars şovinizminin növbəti hiləgərliyini də, daha öncəki seçki nümayişlərində olduğu kimi, dəf etməkdə qərarlıdır."

Sayqılarımızla,

Güney Azərbaycan Milli Dövlətçilik Şurası adından 
Mərkəzi Şura başqanı 

Çingiz Göytūrk 
21.06.2024-cü il

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar