SON XƏBƏRLƏR

İsrailin XİN rəhbəri tezliklə "Hizbullah"la bağlı qərar qəbul edəcəklərini açıqlayıb

2024.06.22, 09:35
İsrailin XİN rəhbəri tezliklə "Hizbullah"la bağlı qərar qəbul edəcəklərini açıqlayıb

İsrail dünya ictimaiyyətinin dəstəyinə ümid edərək, "Hizbullah" hərəkatının öz ərazisinə hücumlarını dayandırmaq üçün tezliklə Livanla bağlı lazımi qərarlar qəbul edəcəyini açıqlayıb.

Gunaz.tv

İsrailin Xarici İşlər Naziri İsrael Kats X sosial şəbəkəsindəki hesabında məsələyə münasibət bildirib.

“İsrail "Hizbullah" terror təşkilatının öz ərazisinə və vətəndaşlarına hücumlarını davam etdirməsinə icazə verə bilməz və tezliklə biz lazımi qərarları qəbul edəcəyik. Azad dünya İran və ekstremist İslamın rəhbərlik etdiyi şər oxuna qarşı müharibədə qeyd-şərtsiz İsrailin yanında olmalıdır. Bizim müharibə də sizin müharibənizdir və Nəsrullahın Kipri təhdid etməsi hələ başlanğıcdır. Şərə qalib gəlmək lazımdır, bunu keçmişdə tarix sübut edib.” – deyə Kats bildirib.

Lakin israilli diplomat sözügedən qərarların konkret nədən ibarət olacağı ilə bağlı heç bir şey deməyib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar