SON XƏBƏRLƏR

Nərgiz Məhəmmədi prezident seçkilərini boykota çağırdı

2024.06.22, 13:23
Nərgiz Məhəmmədi prezident seçkilərini boykota çağırdı

Hazırda Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı hüquq müdafiəçisi və 2023-cü ilin Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi İranda keçirilməsi nəzərdə ttulan 14-cü dövr prezident seçkilərini boykot etməyə çağırıb.

Gunaz.tv

O, bu barədə həbsxanadan yazdığı məktubda deyib.

"Repressiya, terror və zorakılığı hakimiyyəti qoruyub saxlamağın yeganə yolu kimi baxan rejim, seçki keçirməkdən demokratiya və insanların hüquqlarını qorumaq məqsədi daşımır, sadəcə hakimiyyət və tiranlığı birləşdirmək istəyir. Qeyri-legitim hakimiyyətin qeyri-legitim seçkisində iştirak etməyəcəyəm",- Məhəmmədi deyib.

Qeyd edək ki, İranda 14-cü dövr prezident seçkilərinin iyunun 28-də keçirilməsi planlaşdırılıb, seçkidə Keşikçilər Şurasının təsdiq etdiyi 6 namizəd iştirak edir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar