SON XƏBƏRLƏR

Rejimə legitimlik qazandıran seçkiləri boykot edirik- Təhsil işçiləri bəyanat yaydı

2024.06.26, 12:26
Rejimə legitimlik qazandıran seçkiləri boykot edirik- Təhsil işçiləri bəyanat yaydı

İranlı müəllimlər və təhsil işçiləri bəyanat yayaraq ölkədə keçiriləcək 14-cü dövr prezident seçkilərində iştirak etməyəcəklərini bildiriblər.

Gunaz.tv

Bu barədə minlərlə müəllimi özündə birləşdirən İran Təhsil İşçilərinin Həmkarlar İttifaqı Təşkilatlarının Əlaqələndirmə Şurası məlumat yayıb.

Seçkilərin millətin iradəsini əks etdirmədiyini və bunun ölkədəki vəziyyətin dəyişməsinə heç bir təsir göstərməyəcəyini deyən müəllimlər, vətəndaşları seçkiləri boykot etməyə çağırıblar.

Bir neçə gün bundan əvvəl isə 520 müəllim açıq məktub yazaraq seçkiləri boykot etdiklərini bildiriblər.

“Seçkilərdə iştirak problemlərin həllinə kömək etməyəcək, və ən pisi budur ki, səsvermədə iştirak etmək rejimin legitimliyini artırmaq, daha çox narazı və etirazçını sıxışdırmaq üçün hakimiyyətə motivasiya olacaq”,- bəyanatda qeyd edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar