SON XƏBƏRLƏR

Milli fəala həbs cəzası verildi

2024.06.27, 09:36
Milli fəala həbs cəzası verildi

Şərqi Azərbaycan əyalətinin Sofyan şəhərindən olan mədəni fəal Mürtəza Nurməhəmmədi Nadarlı həbs cəzasına məhkum edilib.

Gunaz.tv

Bu barədə Abbas Lisani adına fəaliyyət göstərən "Telegram" kanalı məlumat yayıb.

Şəbistər şəhərinin İnqilab Məhkəməsi milli fəal barədə 3 ay 1 gün azadlıqdan məhrumetmə qərarı çıxarıb.

Bundan əvvəl "Hakimiyyətə qarşı təbliğat" və "rəhbəri təhqir etməkdə" günahlandırılan Mürtəza Nurməhəmmədi Nadarlı barədə ikinci ittiham ləv edilib və o birinci ittihama görə cəzalandırılıb.

Qeyd edək ki, Nurməhəmmədi  ötən ilin sentyabr ayında qızına türkcə "Hunay" adı seçdiyi üçün sənəd verilmədiyi barədə sosial mediada paylaşımlar edib.

Bundan sonra o saxlanılıb və dindirilıdikdən sonra Təbriz həbsxanasına köçürülmüşdü.

Milli fəal 28 noyabr 2023-cü ildə girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar