SON XƏBƏRLƏR

İranda daha bir namizəd seçkilərdən geri çəkildi

2024.06.27, 13:19
İranda daha bir namizəd seçkilərdən geri çəkildi

İranda 14-cü dövr prezident seçkilərdə iştirak edən daha bir namizəd, Tehran meri Əlirza Zəkani də namizədliyini geri götürüb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Ondan əvvəl isə mühafizəkar siyasi cərəuana mənsub olan İranın vitse-prezidenti Seyyid Əmir Hüseyn Qazizadə Haşimi də namizədliyini geri götürdüyü barədə bəyanat yayıb.

Hər iki namizədin geri çəkilməsi mühafizəkar qanadın çağırışları və tələbləri əsasında baş verib.

Onlar azərbaycanlı namizəd Məsud Pezeşkianın qalib gəlməməsi və mühafizəkar namizədlər arasında səslərin paylanmaması üçün bu addımı atıblar.

Hazırda İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafa da müraciətlər olunur, ondan Əli Xaməneinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlilinin xeyrinə namizədliyini geri götürməsi istənilir.

Qeyd edək ki, iyunun 28-də İranda 14-cü prezident seçkiləri keçiriləcək.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar