SON XƏBƏRLƏR

İranda növbədənkənar 14-cü dövr prezident seçkiləri keçirilir

2024.06.28, 08:45
İranda növbədənkənar 14-cü dövr prezident seçkiləri keçirilir

Bu gün yerli vaxtla səhər saat 08-dən İranda 14-cü dövr prezident seçkilərinə səsvermə başlayıb, səsvermə axşam saat 18:00-a kimi davam edəcək.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

60 minə yaxın seçki məntəqəsi və 90 min səsvermə məntəqəsi fəaliyyət göstərir. Azı 344 dairə ölkədən kənarda olan vətəndaşlar üçün açıq olacaq.

Ümumilikdə 61 milyon 452 min 321 nəfər səsvermə hüququna malikdir.

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkilərində iştirak edən 6 namizəddən ikisi namizədliyini geri götürüb.

Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar