SON XƏBƏRLƏR

Seçkidə iştirak Azərbaycan mənafeinə ziddir - Təbrizdə seçkiləri boykota çağırış edildi

2024.06.28, 11:45
Seçkidə iştirak Azərbaycan mənafeinə ziddir - Təbrizdə seçkiləri boykota çağırış edildi

Bu gün İranda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə eyni vaxtda, Təbrizdə seçkiləri boykota çağıran elanlar yayılıb.

Gunaz.tv

Bu barədə milli hərəkata mənsub sosial media kanalları məlumat yayıb.

Gecə saatlarından şəhərin bir çox küçə və meydanlarında, ictimai məkanlarında yayılan elanlarda seçkilərdə iştirakın azərbaycanlılar üçün yaxşı heç nə vəd etmədiyi bildirilib.

"Azərbaycan xalqının səsi: Azadlıq, Ədalət, Milli hökumət", "Seçkidə iştirak etmək Azərbaycanın maddi və mənəvi mənafeini nəzərə almamaqdır", "Seçkidə iştirak ekoloji cinayətlərin, xüsusilə Urmiya gölü fəlakətini təsdiq etmək, Azərbaycan mədənlərinin və milli sərvətlərininn talanmasına icazə verməkdir və...",- elanlarda yazılıb.

Qeyd edək ki, bu gün yerli vaxtla səhər saat 08-dən İranda növbədənkənar prezident seçkiləri başlayıb.

Son rəy sorğularının nəticələrinə görə, türk namizəd Məsud Pezeşkian digər 3 rəqibindən öndədir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar