SON XƏBƏRLƏR

Parlament sədrindən Pezeşkiana qarşı çağırış- Cəlilini dəstəkləyin

2024.06.29, 16:16
Parlament sədrindən Pezeşkiana qarşı çağırış- Cəlilini dəstəkləyin

İran prezidentliyinə namizəd və ölkə parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Məsud Pezeşkianın ikinci turdakı rəqibi Səid Cəliliyə dəstək verdi.

Gunaz.tv

O, bu barədə yaydığı bəyanatda bildirib.

Qalibaf, Məsud Pezeşkianın özünə hörmətlə yanaşdığını, ancaq onun ətrafında olanlardan arxayın olmadığını deyib.

"inqilabçı qüvvələr və onların tərəfdarlarından xahiş edirəm ki, İnqilab Cəbhəsinin namizədi kimi Cəlilinin gələcək hökumət başçısı olmasına çalışsınlar",- Qalibaf çağırış edib.

Məğlub namizəd Məsud Pezeşkianı ölkənin bir çox syasi və iqtisadi problemlərinə səbəb olan siyasi cərəyanın nümayəndəsi adlandırıb.

Qeyd edək ki, 24 535 185 bülletenin hesablanmasından sonra Məsud Pezeşkian 10 415 901  səslə birinci yerdədir.

Onun rəqibi Səid Cəlili isə 9 473 298 səslə ikinciyerdə qərarlaşıb.

Məğlub namizəd və Pezeşkiana qarşı çağırış edən Məhəmməd Bagir Qalibaf isə cəmi 3 383 340 səs toplaya bilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar