SON XƏBƏRLƏR

Milli fəalın vəziyyəti ağırlaşdı- Tibb məntəqəsinə köçürüldü

2024.06.30, 10:10
Milli fəalın vəziyyəti ağırlaşdı- Tibb məntəqəsinə köçürüldü

Tehranın Evin həbsanasında saxlanılan milli fəal Hüseyn Pirinin vəziyyəti ağırlaşıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

İyunun 29-da milli aclıq aksiyası keçirən fəalın təzyiqinin kəskin düşdüyü və huşunu itirdikdən sonra həbsxananın tibb məntəqəsinə köçürüldüyü bildirilib.

Hüseyn Piri iyunun 13-dən qeyri-müəyyən şərayitdə saxlanılmasına, Təhlükəsizlik Nazirliyinin əməkdaşları və məhkəmənin qanunsuz əməllərinə etiraz əlaməti olaraq aclıq aksiyasına əl atıb.

Qeyd edək ki, Hüseyn Piri fevralın 6-da başqa bir neçə fəalla birgə həbs edilərək Evin həbsxanasına köçürülüb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar