SON XƏBƏRLƏR

Güneyli alimin həyat yoldaşı bəyanat yaydı - Həyatı təhlükədədir

2024.07.01, 12:33
Güneyli alimin həyat yoldaşı bəyanat yaydı - Həyatı təhlükədədir

İsveç vətəndaşı olan və Tehranın Evin həbsxanasında edam hökmü altnda yaşayan güney azərbaycanlı professor Əhmədrza Cəlalinin həyat yoldaşı Vida Mehranniya bəyanat yyaıb.

Gunaz.tv

O, bu barədə özünün sosial media hesabında paylaşım edib.

Mehranniya, həyat yoldaşının iyunun 26-dan aclıq aksiyasına əl atdığını və vəziyyətinin ağırlaşdığı barədə narahatlıqların artdığını yazıb.

Qeyd edək ki, azərbaycanlı alim 2016-cı ilin april ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib.

2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi onu "İsrailə casusluq" ittihamına görə edama məhkum edib və qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

Əhmədrza Cəlali iyunun 15-də İran və İsveç arasında baş tutan məhbus mübadiləsində adının iyahıya salınmamasına etiraz olaraq aclıq aksiyasına başlayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar