SON XƏBƏRLƏR

Sarabda kənd təsərrüfatına dəyən xəsarətin məbləği açıqlandı

2024.07.01, 13:33
Sarabda kənd təsərrüfatına dəyən xəsarətin məbləği açıqlandı

Güclü yağış və seldən sonra Şərqi Azərbaycan əyalətinin Sarab bölgəsində kənd təsərrüfatına dəyən xəsarətin həcmi açıqlanıb.

Gunaz.tv

Bu barədə Sarab şəhərinin fərmandarlığının yaydığı məlumatda bildirilib.

Məlumata görə, bölgənin 15 min hekrat əkin sahəsi və 145 hektar bağ sahəsi məhv olub.

"İlkin araşdırmalara görə, kənd təsərrüfatı sahəsinə dəyən ziyanın məbləği 300 milyard tümən (5 milyon dollar) civarında hesablanıb",- fərmandarlığın məlumatında deyilib.

Yerli təsərrüfatçıların sözlərinə görə, əlaqədar dövlət qurumları ziyan çəkmiş kəndçilərin çoxuna kompensasiya ödənilməyəcəyini bildiriblər.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar