SON XƏBƏRLƏR

Ərəbistan İran təyyarələrinə ölkəyə buraxmadı

2024.07.01, 14:24
Ərəbistan İran təyyarələrinə ölkəyə buraxmadı

Səudiyyə Ərəbistanı İranın "Merac" hava yolları şirkətinə məxsus iki təyyarənin bu ölkəyə girişinə icazə vermədiyi üçün təyyarələr geri qayıdıb.

Gunaz.tv

Bu barədə İran Hava Yollarının baş direktoru Şəmsəddin Fərzadipur açıqlama verib.

O, həmin təyyarələrin Səudiyyə Ərəbistanında olan zəvvarları geri qaytarmaq üçün bu ölkəyə uçduqlarını deyib.

"Səudiyyə Ərəbistanı heç bir səbəb göstərmədən "Merac" təyyarələrinin bu ölkənin hava məkanına girişinə qadağa qoyduğunu dedi",- Fərzadipur bildirib.

Qeyd edək ki, "Merac" hava yolları şirkəti SEPAH-a bağlıdır və bu bölgədə İrana bağlı proksi qüvvələrə silah daşımaqla məşğul olur.

Bundan əvvəl başqa bir neçə ölkə də "Merac" təyyarələrinin girişinə və yanacaq doldurmalarına icazə verməyib.

Adı çəkilən hava yolları şirkətinin adı Qərbin tətbiq etdiyi sanksiyalar siyahısındadır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar