SON XƏBƏRLƏR

Məhbus fəallar məhkəməyə çağırıldı

2024.07.02, 10:15
Məhbus fəallar məhkəməyə çağırıldı

Hazırda Tehranın Evin həbsxanasında saxlanılan bir neçə milli fəal məhkəməyə çağırılıb.

Gunaz.tv

Bu barədə Abbas Lisani adına fəaliyyət göstərən sosial media kanalı məlumat yayıb.

Mürtəza Pərvin Coda, Baqir Hacızadə, Ayaz Seyfxah və Kamal Nuri adlı milli fəallara göndərilən çağırış məktubunda onların iyulun 3-də Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində olmaları istənilib.

Çağırış məktubunda bildirilib ki, bu onlara qarşı açılan məhkəmə işi ilə bağlı dinləmə iclasının keçirilməsi ilə bağlıdır.

Bununla yanaşı başqa milli fəal Səid Minayi də, sosial mediada etdiyi paylaşımda çağırış məktubu aldığını və ondan iyulun 7-də İnqilab Məhkəməsinin 15-ci bölməsinə getməsinin tələb oldunduğunu yazıb.

Qeyd edək ki, adı çəkilən fəallar və başqa bir neçə fəal fevral ayının 5,6 və 7-də Xiyav, Ərdəbil, Rəşt, Urmu, Təbriz, Tehran, Kərəc və Astara şəhərlərində həbs ediliblər.

Təhlükəsizlik məmurları onların bəzilərinin evinə hücum edib, axtarış aparıb və onlara məxsus bir sıra avadanlıqları müsadirə edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar