SON XƏBƏRLƏR

Xaricdə yaşayan iranlıların əksəriyyəti səs verməyib

2024.07.03, 14:44
Xaricdə yaşayan iranlıların əksəriyyəti səs verməyib

İranda keçirilən növbədənkənar prezident seçkilərində xaricdə yaşayan iranlıların yalnız 2,8 faizi səs verib.

Gunaz.tv

Bu barədə İran Seçki Qərargahının sözçüsü Möhsün İslami deyib.

"İranın xarici ölkələrdəki 136 nümayəndəliyində keçirilən səsvermədə 97.967 nəfər iranlı iştirak edib, onlardan 3666-nın səsi etibarsız sayılıb",- İslami bildirib.

Qeyd edək ki, 2021-ci ilin rəsmi statistikasına görə, xarici ölkələrdə yaşayan iranlıların 3,5 milyonu səsvermə hüququna malikdir.

Bundan əvvəlki seçkilərlə müqayisədə bu, xaricdə yaşayan iranlılar arasında ən sönük keçən səsvermə olub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar