SON XƏBƏRLƏR

Pezeşkiana qarşı seçki saxtakarlığı davam edir

2024.07.05, 11:00
Pezeşkiana qarşı seçki saxtakarlığı davam edir

Prezident seçkilərinin ikinci turunun başlaması və təbliğat-təşviqat kampaniyalarının dayandırılmasına baxmayaraq, Məsud Pezeşkiana qarşı təbliğat davam etdirilir.

Gunaz.tv

Bu barədə yerli müşahidəçilər və fəallar məlumat yayıb.

Onların sözlərinə görə, Səid Cəlilinin seçki qərargahı bölgələrdəki din xadimlərinə mesajlar göndərərək Pezeşkiana qarşı təbliğat, Cəlilinin xeyrinə vətəndaşları seçkilyə cəlb etmək müqabilində hər birinin kartına 2 milyon tümən (50 AZN) köçürüləcəyi bildirilir.

Bununla yanaşı kiçik şəhərlərdə və kəndlərdə gəzən mollalar sadə vətəndaşlara Məsud Pezeşkianın xristiyanlığı təbliğ etdiyi və İslam dininə təhlükə olduğu deyilir.

Qeyd edək ki, bununla yanaşı İran hökumətinə müxalif və xaricdə fəaliyyət göstərən media orqanları da türk namizədə qarşı səfərbər olub, onun seçilməməsi üçün kampaniya aparırlar.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar