SON XƏBƏRLƏR

İrana bağlı daha bir məmur Kanadadan qovulur

2024.07.05, 11:12
İrana bağlı daha bir məmur Kanadadan qovulur

Kanadanın İmmiqrasiya Departamenti iranlı məmurun deportasiyası barədə qərar verib.

Gunaz.tv

Bu barədə Kanada İmmiqrasiya və Qaçqınlar İdarəsi məlumat yayıb.

İranın məhkəmə sisteminin keçmiş başçısı Sadiq Laricani və keçmiş parlament sədri Əli Laricaninin qardaşı, İran Səhiyyə Nazirliyində yüksək vəzifə tutmuş Baqir Ərdəşir Laricani Kanadadan deportasiya edilir.

Bildirlib ki, 2017-ci ilin sentyabr ayından həyat yoldaşı və oğıu ilə birgə Kanadadan daimi oturum alan Laricani vaxtının əsas hissəsini İranda keçirib.

Qeyd edək ki, bundan əlavə Kanada Sərhəd Xidmətləri Agentliyi İranda yüksək vəzifə tutmuş daha 5 nəfərin ölkədən qovulması üçün iş aparıldığını açıqlayıb.

Qeyd edək ki, Qərb və ABŞ-a qarşı "sərt mövqe"də olan Baqir Ərdəşir Laricaninin oğlu Kanada, qızı isə ABŞ vətəndaşıdır.

Hazırda İran hakimiyyətində müxtəlif səviyyələrdə təmsil olunan məmurların 5 min ailə üzvlərinin ABŞ və Kanadada yaşadığı barədə məlumatlar yayılıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar