SON XƏBƏRLƏR

Ərəb fəal: Məsud Pezeşkianın seçilməsi qeyri-fars xalqların düşmənlərinin məğlubiyyətidir

2024.07.06, 12:03
Ərəb fəal: Məsud Pezeşkianın seçilməsi qeyri-fars xalqların düşmənlərinin məğlubiyyətidir

Azərbaycanlı siyasətçi Məsud Pezeşkianın İranda Prezident seçilməsi ölkədə yaşayan türk, ərəb və başqa zülmə məruz qalan qeyri-fars xalqların düşmənlərinin məğlubiyyətidir.

Gunaz.tv

Bu sözləri mühacirətdə yaşayan İran ərəblərinin nüfuzlu siyasi fəalı, yazıçı Yusif Əzizi Bənitorəf deyib.

O, Məsud Pezeşkianın adı olan seçici bülletteninin üzərində ərəbcə "Azərbaycan gözün aydın, doktor Məsud Pezeşkian, Azərbaycan, Əl-Əhvaz, birlik-birlik" mətn yazılmış foto paylaşıb.

"İranın 14-cü prezident seçkilərində doktor Məsud Pazeşkiyanın qələbəsi, əsasən, türk, ərəb və digər İran xalqlarının əıeyhdarlarının, monarxistlərin, antitürklərin və digər düşmənlərinin məğlubiyyətidir. O, möcüzələr göstərməyəcək, amma dost Azərbaycan xalqına və İrandakı digər xalqlara minimum tələblərinə çatmaq üçün az da olsa inam yaradacaq",- ərəb siyasətçi bildirib.

Qeyd edək ki, İranda yaşayan başqa qeyri-fars xalqların bir sıra nümayəndələri də, Pezeşkianın seçilməsini daha çox fars miliyyətçilərinə, mərkəzçilərə qeyri-fars millətlərin cavabı kimi dəyərləndiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar