SON XƏBƏRLƏR

HƏMAS və İrana qarşı cinayət işi açılır

2024.07.10, 13:21
HƏMAS və İrana qarşı cinayət işi açılır

ABŞ Ədliyyə Nazirliyi 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumunun sağ qalanları və hadisə qurbanlarının yaxınları ilə müsahibə aparır və İslam Respublikası, HƏMAS və bu qruplaşmanın himayəçilərinə qarşı geniş cinayət işı açmağı planlaşdırır.

Gunaz.tv

Bu barədə "Blumberg" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, bir sıra keçmiş girovlar və ABŞ hüdudlarından kənarda öldürülən Amerika vətəndaşlarının ailələri son aylarda prokurorlar və FTB agentləri ilə danışıblar.

ABŞ təhqiqatının bir hissəsi terror aktları ilə məşğul olsa da, Ədliyyə Nazirliyi rəsmiləri daha çox HƏMAS-ı dəstəkləyən maliyyə şəbəkələrinə diqqət yetiriblər. 

ABŞ və Avropa Birliyi HƏMAS-ı terror qruplaşması hesab edir.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi terror hücumu nəticəsində 1200 nəfər öldürülüb, 250 nəfər isə girov götürülüb.

Öldürülünlərin əksəriyyəti mülki şəxslərdir.  

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar