SON XƏBƏRLƏR

Təbrizdə hökumət işçiləri saxlanılıb

2024.07.22, 15:19
Təbrizdə hökumət işçiləri saxlanılıb

Təbrizdə 14 hökumət məmuru həbs edilib

Gunaz.tv

Şərqi Azərbaycan əyalətinin məhkəmə sistemində fəaliyyət göstərən 14 hökumət məmuru saxlanılıb.

Bu barədə əyalətin məhkəmə sisteminin nümayəndəsi Höccətül-islam Əli Abdullahi məlumat verib.

Abdullahi saxlanılanların kimliyi barədə açıqlama vermədən onların rüşvət aldıqlarına görə həbs edildiklərini bildirib.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabata əsasən İran ən çox korrupsiyaya uğramış ölkələr arasındadır.

Hesabata görə, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 25 balla 147-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar