SON XƏBƏRLƏR

Milli fəal qeyri-müəyyən vəziyyətdə saxlanılır

2024.07.24, 13:06
Milli fəal qeyri-müəyyən vəziyyətdə saxlanılır

Güney azərbaycanlı vəkil və milli fəal Tahir Nəqəvi 160 gündür Tehranın Evin həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

O, bir neçə gün əvvəl məhbusların acınacaqlı vəziyyətdə saxlanıldığı həbsxananın "işçi" bölməsinə köçürülüb.

Tahir Nəqəvi təhlükəsizlik qüvvələri və məhkəmənin qanunsuz əməllərinə etiraz edərək iyun ayının 13-dən aclıq aksiyasına başlayıb, bir ay ac qalan fəal vəziyyətinin ağırlaşmasından sonra aksiyanı dayandırıb.

Qeyd edək ki, təhlükəsizlik məmurları Tahir Nəqəvini fevralın 6-da Kərəc şəhərində həbs ediblər.

O, "hökumətə qarşı təbliğat" və "milli təhlükəsizliyə zərbə vurmaq üçün toplaşmaq və əlbir olmaq"da günahlandırılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar