Bu barədə Prezident səlahiyyətlərini yerinə yetirən Məhəmməd Müxbirin imzası ilə yayılan bəyanatda bildirilib.
Ali Mədəni İnqilab Şurasının təsdiq etdiyi qərarı İran Mədəniyyət və İrşad Nazirliyi də qəbul edib və onun icrası, bu istiqamətdə işlərin aparılması üçün bütün dövlət qurumlarına göndərilib.
Qeyd edək ki, bundan öncə də Nizami ilə bağlı oxşar iddialar İran rəsmiləri tərəfindən dilə gətirilib.
Xüsusilə son illər İran Mədəniyyət və İrşad Nazirliyi, Fars Dili Akademiyası, Ali Mədəni İnqilab Şurası və başqa dövlət qurumları Nizaminin fars və İran şairi olduğu barədə təbliğatlarını artırıblar. Bunun üçün xüsusi büdcə və imtiyazlar ayrılıb, bir çox şəhərlərin məktəblərində “Nizmi həftəsi” keçirilir.
Hər il Nizami ilə bağlı keçirilən konfranslar və tədbirlərdə onun fars ədəbi və mədəni mühitinə mənsub olduğu iddia edilir, Azərbaycan Respublikasında fars dili və ədəbiyyatının yayılması ilə bağlı təkliflər irəli sürülür.
Ötən il İranın Mədəniyyət və İrşad Nazirliyi bu ölkənin Təhsil Nazirliyi ilə birgə 12-19 mart tarixləri arası bir həftə boyunca Nizaminin xatirəsinə həsr olunmuş həftə keçirdi.
GünazTV