SON XƏBƏRLƏR

Məcburi hicab qaydalarının tətbiqi davam etdiriləcək - Polis kimandanlığı

2024.07.27, 10:05
Məcburi hicab qaydalarının tətbiqi davam etdiriləcək - Polis kimandanlığı

Hökumətlərin dəyişməsi hicab qaydalarının tətbiqini nəzərdə tutan "Nur planı"nın həyata keçirilməsində axsama yaratmayacaq.

Gunaz.tv

Bu sözləri İranın polis rəisinin müavini Qasım Rzayi Qəzvin əyalətinin təhlükəsizlik şurasının iclasında deyib.

“Müəyyən cinayətlərlə məşğul olmaq polis qüvvələrinin təbii vəzifələrindən biridir, iffət və hicab sahəsində hüquqi və şəriət öhdəliyimiz var”,- rəis müavini bildirib.

Polis komandanlığının nümayəndəsinin bu çıxışı yeni Prezident Məsud Pezeşkianın məcburi hicab qaydaları ilə bağlı vədləriinin əksinədir.

Pezeşkian bundan əvvəl geyim tərzi və məcburi hicaba görə vətəndaşlara təzyiqlərin əleyhinə olduğunu deyib.

Qeyd edək ki, son günlər məcburi hicab qaydalarının tətbiqi üçün daha 23 in nəfər işə cəlb olunub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar