SON XƏBƏRLƏR

Ağ Ev: İran təhdidləri qarşısında İsraili müdafiə edəcəyik

2024.07.29, 11:33
Ağ Ev: İran təhdidləri qarşısında İsraili müdafiə edəcəyik

Livan Hizbullahı İsrailin şimalındakı Məcd əl-Şəms bölgəsində uşaq futbol meydançasına ölümcül raket hücumuna görə məsuliyyət daşıyır və ABŞ İslam Respublikasının təhdidləri qarşısında İsrailə hərtərəfli dəstək verəcək.

Gunaz.tv

Bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrien Vatson deyib.

O, beynəlxalq ictimaiyyətin Hizbullahın raket hücumunu pisləməsini tələb edib, Vaşinqtonun Hizbullah və İranın dəstəklədiyi başqa qüvvələr qarşısında İsraili müdafiəsinin möhkəm və sarsılmaz olduğunu vurğulayıb.

Qeyd edək ki, Livandan İsrailə atılan raket Məcd əl-Şəmsdəki stadiona düşüb və 12 nəfər ölüb, 30 nəfər yaralanıb. İsrail hadisəyə görə Livan Hizbullah hərəkatını günahlandırıb. 

İsrailin qısas əməliyyatı keçirəcəyi barədə məlumatların yayılmasından sonra isə İran hökuməti İsrailə qarşı təhdid bəyanatları səsləndirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar