SON XƏBƏRLƏR

Gilanda molla bıçaqlanaraq öldürüldü

2024.08.01, 14:14
Gilanda molla bıçaqlanaraq öldürüldü

Gilan əyalətinin Lahican şəhərində 70 yaşlı molla Məhəmmədəli Ədib bıçaqlanaraq öldürülüb.

Gunaz.tv

Bu barədə əyalətin polis rəisinin müavini Hüseyn Həsənpurməlumat yayıb.

40 yaşlı şəxs "Ağa Seyyid Həsən" məscidinin cümə imamı Məhəmmədəli Ədibə 10 bıçaq zərbəsi vurub. Din xadimi xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb, qatil həbs edilib",- məlumatda deyilib.

Hücumçunun kimliyi və nə səbəbdən mollaya hücum etdiyi barədə açıqlama verilməyib.

Qeyd edək ki, xüsusən son vaxtlar gənclərin və qadınların geyim tərzinə müdaxilə edən hökumət molalarının döyülmə halları artıb.

Onlardan bir neçəsinin öldürülməsi başqa mollaların qorxusuna səbəb olub, hakimiyyətdən onların təhlükəsizliyinin təmini üçün əlavə tədbirlərin görülməsini tələb ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar