SON XƏBƏRLƏR

Xiyavlı fəallar prokurorluğa çağırıldı 

2024.08.03, 10:49
Xiyavlı fəallar prokurorluğa çağırıldı 

Milli fəallar Kazım Səfabəxş Geiklu, Siyamak Seyfi, Saman Bidar Əcirlu və Salar Mehdipur Kəleybəri prokurorluğa çağırılıblar.

Gunaz.tv

Bu barədə yerli insan haqları müdafiəçiləri məlumat yayıb.

Bildirilib ki,  Xiyav (Meşkinşəhr) İnqilab Prokurorluğu fəallara çağırış məktubu göndərərək onlardan 5 gün ərzində prokurorluğa getmələrini istəyib.

Fəallardan “milli təhlükəsizliyi və ictimai asayişi pozmaq”da günahlandırılıblar.

Qeyd edək ki, adı çəkilən 4 fəal iyulun 14-də günorta saatlarında Savalan zirvəsinə gedərkən saxlanılıb, dindirilib və bir neçə saatdan sonra müvəqqəti sərbəst buraxılıblar.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar