SON XƏBƏRLƏR

İran əfqanıstanlı tədqiqatçını ölkədən qovdu

2024.08.03, 11:01
İran əfqanıstanlı tədqiqatçını ölkədən qovdu

İranın Əlzəhra Universitetinin məzunu, qadın hüquqları fəalı və tədqiqatçı Kübra Qulamı məcburi hicab qaydalarını pozduğuna görə İrandan qovulub.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

"İranın Miqrasiya Xidmətinin əməkdaşları iyulun 1-də Kübra Qulamini çağıraraq onun sənədlərini alıb və hicab qaydalarını pozduğuna görə qısa müddət ərzində Əfqanistana geri qaytarılıb",- Məlumatda deyilib.

Onun Taliban hökuməti tərəfindən həbs olunacağı və həyatının təhlükədə olduğu barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, "Qaçqın qadınların kimlik problemləri" mövzusunda tədqiqat aparan Kübra Qulaminin bu mövzuda bir neçə məqaləsi yayılıb.

Bəzi insan haqları fəalları Qulaminin Əfqanistana deportasiyasını Taliban hökumətinin tələbi əsasında olduğunu yazıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar