SON XƏBƏRLƏR

Netaniyahu İran xəbərdarlıq etdi

2024.08.05, 11:58
Netaniyahu İran xəbərdarlıq etdi

İran və ona bağlı silahlı qruplaşmaların İsrailə hücum ehtimallarının artdığı bir vaxtda İsrailin baş naziri Benyamin Netaniyahu Tehrana xəbərdarlıq edib.

Gunaz.tv

Bu barədə İsrail medias məlumat yayıb.

Baş nazir ölkəsinin bütün sahələrdə və cəbhələrdə İran təhdidinə qarşı dayanacağını deyib.

"İran rejimi və nökərləri İsraili terror halqası ilə mühasirəyə almaq istəyirlər, bizə xəsarət vuran hər bir kəs cəzalandırılacaq",- Netaniyahu xəbərdarlıq edib.

Bununla eyni vaxtda İsrail mediası Təl-Əvivin İran hücumuna qarşı önləyici tədbirlər hazırladığını yazıb.

İsrailin Prezidenti İshaq Hersoq da oxşar bəyanat səsləndirib və ölkəsinin bütün şər qüvvələr qarşısında özünü müdafiə edəcəyini bildirib.

GüazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar